Bahar Muradova: “Dağlıq Qarabağ məsələsi ətrafındakı danışıqlar yeni bir mərhələyə qədəm qoyub”- AÇIQLAMA
"Dağlıq Qarabağ məsələsi ətrafındakı danışıqlar yeni bir mərhələyə qədəm qoyub. Bu faktdır". Bu sözləri vitse-spiker Bahar Muradova SİA-ya verdiyi açıqlamasında deyib. O bildirib ki, ATƏT-in Astana Sammitində qəbul olunan bəyannaməsinin və onun 3+2 formatı ilə verilməsinin özü bu məsələyə bir az daha geniş yanaşmanın nümunəsidir.
Onun sözlərinə görə, Astana Sammiti zamanı qəbul edilən bəyannamədə sülh danışıqlarının davam etdirilməsi və məsələnin həlli üçün bütün həmsədr ölkələrinin səy göstərməsinin vurğulanması Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətinə yeni yanaşmanı ortaya qoyur: "Baxmayaraq ki, sammit bütövlükdə nəzərdə tutulan nəticələri vermədi. Amma hesab edirəm ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı bu formatda münasibətin bildirilməsini Azərbaycanın uğuru kimi qeyd etmək olar. Bundan sonra əlbəttə ki, həm danışıqlar prosesində, həm də danışıqlar prosesinə münasibətdə müəyyən dəyişikliklər olacaq".
Qeyd edək ki, ATƏT-in Astana Sammiti cari ilin dekabrın 1-2 tarixlərində keçirilib. Sammitdə 56 üzv və 12 tərəfdaş ölkənin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri iştirak edib. Sammitin yekunu ilə bağlı bəyannamə qəbul edilib. Bəyannamdə münaqişələr mövzusuna ümumi şəkildə toxunulub. Sənəddə "ATƏT regionunda mövcud münaqişələrin dinc yolla, müəyyən olunmuş formatlar çərçivəsində danışıqlar əsasında, BMT Xartiyasında, həmçinin Helsinki yekun aktında əks olunmuş beynəlxalq hüquq norma və prinsiplərinə tam əməl olunması yolu ilə həlli cəhdlərinin gücləndirilməsinin vacibliyi" vurğulanır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB