Azərbaycan Dövlət Neft Akademiyasında təlim kurslarında iştirak etmiş əcnəbilərə sertifikatlar verilib

Azərbaycan Dövlət Neft Akademiyasında təlim kurslarında iştirak etmiş əcnəbilərə sertifikatlar verilib

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi inkişaf etməkdə olan dövlətlərə texniki yardım layihəsi çərçivəsində ilk dəfə olaraq Azərbaycan Dövlət Neft Akademiyasının "Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya" elmi-tədqiqat İnstitutu ilə birgə Bakı şəhərində "Neft quyularının geologiyası və Neftin emalı metodlarında üstünlüklər" mövzusunda təşkil etdiyi kurs iştirakçılarına sertifikatlar verib. SİA-nın xəbərinə görə, kurs iştirakçılarına sertifikatları xarici işlər nazirinin müavinin Mahmud Məmmədquliyev təqdim edib. Kurslarda Monqolustan, Vyetnam, Efiopiya, Seneqal, Yəmən və Qambiyadan olan neft və qaz sahəsi üzrə mütəxəssislər iştirak ediblər.

Kursların həyata keçirilməsində məqsəd: Azərbaycan Respublikasının beynəlxalq yardım siyasətinə müvafiq olaraq inkişaf etməkdə olan dövlətlər üçün kadrların hazırlanmasına köməkliyin göstərilməsi, ölkəmiz tərəfindən uzun illər boyu neft və qaz sahəsində əldə olunmuş uğurların və təcrübənin iştirakçılar ilə bölüşdürülməsi, kurs iştirakçılarının Azərbaycanla daha yaxından tanış olması və Azərbaycan həqiqətlərinin onların diqqətə çatdırılması olub.

Qeyd edək ki, Azərbaycan Respublikası inkişaf etməkdə olan dövlətlərə texniki yardım layihəsi çərçivəsində indiyədək təhlükəsizlik və diplomatiya sahəsində də bu kimi kurslar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə