Avropa İnsan Hüquqları Konvensiyasının 60 illiyinə həsr olunan konfrans keçirilib
Bu gün Bakıda Avropa Şurası və Ombudsman Aparatının birgə təşkilatçılığı ilə Avropa İnsan Hüquqları Konvensiyasının 60 illiyinə həsr olunmuş "Avropa İnsan Hüquqları Konvensiyasının implementasiyasında səmərəli mexanizm və vasitələr" mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə Prezident Administrasiyasının, Daxili İşlər Naziriliyi, Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri iştirak edib. Beynəlxalq konfransda çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib ki, Avropa Məhkəməsinin president hüququ Azərbaycanda qanunvericiliyin tərkib hissəsinə çevrilib. Eyni zamanda Azərbaycan məhkəmələrinin qəbul etdiyi qərarların təhlili göstərir ki, Avropa Məhkəməsinin president hüququ Azərbaycanda hüququn tətbiqi təcrübəsində xüsusi yer tutur: " Avropa Şurasının sərhədlərinin genişlənməsindən irəli gəlirdi. Konvensiyanın geniş tətbiqi həm də hüquq elminin inkişafına gətirib çıxardı".
PA rəsmisinin sözlərinə görə, Avropa Məhkəməsi qərarlarının icrası ilə bağlı ölkədə hüquq və azadlıqların məhkəmə sahəsində müdafiəsi üçün qanunvericilikdə instisional islahatlar aparılıb və Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları göstərir ki, Avropa Konvensiyasının tam şəkildə implimentasiyası üçün zəruri tədbirlər görülür.
Ombudsman Elmira Süleymanova isə çıxışında ölkədə insan haqları sahəsində həyata keçirilən tədbirlərdən danışıb. Onun sözlərinə görə, Ombudsman insan hüquq və azadlıqlarının qorunmasının hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu deyib. O, qeyd edib ki, hazırda dünyanın aparıcı beynəlxalq qurumlarında təmsil olunan Azərbaycan öz qanunvericiliyinin də beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl işlər görür.
Daha sonra çıxış edən Avropa Şurasının İnsan hüquqları və hüquqi məsələlər üzrə Baş direktoratının bölmə rəhbəri Markus Yaeger Azərbaycanla Avropa Məhkəməsi arasında mövcud olan əlaqələrə toxunub. O, qeyd edib ki, hazırda ötən illərə nisbətdə daha intensiv və yüksələn xətt üzrə əməkdaşlıq edilir. Eyni zamanda qurum tərəfindən Azərbaycana verilən tövsiyələr balansdırılmış formada həyata keçirlir.
Azərbaycanın 10 ildir ki, Avropa İnsan Hüquqları Konvensiyasına qoşulduğunu xatırladan Markus Yaeger deyib ki, ötən müddət ərzində Azərbaycan vətəndaşları tərəfindən Avropa Məhkəməsinə 2 min şikayət göndərilib və 40 qərar qəbul edilib: "Həmçinin Avropa Məhkəməsi düşünür ki, Azərbaycanda media və jurnalistlərin azadlığı məsələsində pozitiv dəyişikliklərə ehtiyac var. Məhkəmə qərarlarının icra olunmaması ilə bağlı da problemlər var".
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev isə bildirib ki, Azərbaycanda Avropa Məhkəməsinin presedent hüququnun əsas təsiri ölkə sözügedən məhkəmənin yurisdiksiyasına daxil olanda sonra baş verib. O, Konstitusiya Məhkəməsinin ölkədə president hüququnun tətbiqi baxımından mühüm rol oynadığını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB