PA-nın hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri: “Gələn ilin yanvarından ölkədə “İnzibati icraat haqqında” qanunun qüvvəyə minəcək”
Azərbaycanın Avropa Şurasına daxil olması və Konvensiyanı təsdiqləməsindən sonra Avropa Məhkəməsinin presedent hüququnun ölkə məhkəmələri tərəfindən tətbiq olunur. Bunu Avropa İnsan Hüquqları Konvensiyasının 60 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib. Onun sözlərinə görə, Azərbaycan məhkəmələrinin qəbul etdiyi qərarların təhlili göstərir ki, Avropa Məhkəməsinin president hüququ Azərbaycanda hüququn tətbiqi təcrübəsində xüsusi yer tutur: "Ölkə prezidenti İlham Əliyevin məhkəmə sisteminin müasirləşdirilməsinə dair 2006-cı il tarixli sərəncamı ilə həm də məhkəmələrə Avropa Məhkəməsinin president hüququnun öyrənilməsi və təcrübədə geniş tətbiqi tövsiyə olunub. Son illərin məhkəmə qərarlarının tədqiqi göstərib ki, bu hüququn tətbiqi yerli məhkəmələr tərəfindən nəzərə alınıb. Azərbaycanda insan hüquq və azadlıqlarının məhkəmələrdə müdafiəsi sahəsində müvafiq qanunvericilik və institusional islahatlar aparılıb, nəticədə məhkəmələrə geniş səlahiyyətlər verilib və hakimlərin müstəqilliyi artıb".
Fuad Ələsgərov gələn ilin yanvarından ölkədə "İnzibati icraat haqqında" qanunun qüvvəyə minəcəyini də xatırladıb və bununla inzibati məhkəmələrin fəaliyyət başlamasının da xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. PA rəsmisi Azərbaycanın Avropa Konvensiyasını tam şəkildə implementasiyası üçün zəruri tədbirlər həyata keçirdiyini söyləyib: "Bundan əlavə, məhkəmədən kənar müdafiə vasitələrinin də insanların hüquqlarının qorunmasında rolu böyükdür".
Azərbaycanın iki il əvvəl BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftar və cəza əleyhinə Konvensiyası"nın fakültativ protokolunu təsdiq etdiyini xatırladan F.Ələsgərov bir il sonra sənədin qüvvəyə mindiyini deyib: "Öhdəliyə görə Azərbaycanda bir il ərzində milli preventiv yaradılmalıdır və bu mexanizmi hazırda ombudsman həyata keçirir. Layihənin birinci hissəsi müvəkkilin həyata keçirdiyi fəaliyyət istiqamətlərinin qanunvericilikdə əksidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB