Yaxın aylar ərzində Avropa İttifaqı və Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi üzrə danışıqlar başlaya bilər

Yaxın aylar ərzində Avropa İttifaqı və Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi üzrə danışıqlar başlaya bilər

"Ola bilsin ki, yaxın bir iki-üç ayda Avropa İttifaqı və Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi və eyni zamanda readmissiya üzrə danışıqlar başlayacaq". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. Onun sözlərinə görə, viza rejiminin sadələşdirilməsi məsələsi Azərbaycan-Avropa İttifaqı azadlıq, təhlükəsizlik, insan haqları və demokratiya üzrə Alt Komitəsinin 30 noyabr-1 dekabr tarixlərində Bakıda keçirilmiş ilk iclasında da müzakirə olunub: "Hesab edirəm ki, bu çox səmərəli görüş oldu. Avropalı həmkarlarım da eyni fikri ifadə etdilər. Alt Komitənin ilk iclasında bir neçə qərar qəbul olundu ki, biz də hazırda o qərarları həyata keçirməyə çalışırıq".

 

Qeyd edək ki, Alt Komitənin növbəti iclası gələn il Brüsseldə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə