Mahmud Məmmədquliyev: “Assosiativ saziş imzalanmaq üçün hələ hazır deyil” - MÜNASİBƏT
Gələn ay Azərbaycanla Avropa İttifaqı arasında assosiativ sazişin imzalanmasına dair danışıqların ikinci raundu keçiriləcək. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. Onun sözlərinə görə, danışıqların ikinci raundu yanvarda Bakıda baş tutacaq.
Assosiativ sazişin Şərq Tərəfdaşlığı çərçivəsində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı üçün hüquqi baza yaradacan sənəd olduğunun deyən nazir müavini assosiativ sazişin imzalanmaq üçün hələ hazır olmadığını deyib: "Hələ heç bir sənəd imzalanmaq üçün hazır deyil. Orda çox ətraflı məsəllər var. Mövqeyimiz ondan ibarətdir ki, birinci növbədə sənəd keyfiyyətcə yüksək səviyyədə olmalıdır. Bu sənəd bizim gələcək əməkdaşlığımızın hüquqi çərçivəsini yaradacaq, ona görə biz çalıçırıq ki, bu sənəd keyfiyyət çox yüksək səviyyədə olsun".
Qeyd edək ki, Saziş üzrə danışıqların ilk raundu oktyabrda Brüsseldə keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB