PA rəsmisi: “Media məsələləri üzrə müvəkkilliyin səlahiyyətlərinin Ombudsmana verilməsi məqsədəuyğundur”
"Media məsələləri üzrə müvəkkilliyin səlahiyyətlərinin ombudsmana verilməsi məqsədəuyğundur". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Avropa İnsan Hüquqları Konvensiyasının 60 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı bildirib.
O, qeyd edib ki, məlumat almaq azadlığı insan hüquqları sisteminə daxildir və bu baxımdan media ombudsmanının səlahiyyətlərinin insan hüquqları üzrə müvəkkilə verilməsi məqsədəuyğundur: "Ombudsman vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələri ilə sıx əlaqə qurub və bu sahədə təcrübəyə malikdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB