Elmira Süleymanova: “Ayrıca İnformasiya Ombudsmanı yaradılarsa, biz bu qurumla da sıx əməkdaşlıq edərik” - AÇIQLAMA
"Media məsələləri üzrə müvəkkilin səlahiyyətləri istər mənə tapşırılsın, istərsə də bunun üçün xüsusi bir qurum yaradılısın, fərq etməz. Əsas odur ki, səmərəli olsun". SİA-nın məlumatına görə bunu jurnalistlərə açıqlamasında ombudsman Elmira Süleymanova deyib.
"Azərbaycanda media məsələləri üzrə müvəkkilin səlahiyyətləri ombudsmana verilərsə onun qərəzsiz, hüquqi, ədalətli bir qurum kimi fəaliyyət göstərməsinə çalışacağam. Bu işin öhdəsindən gəlməyə həyat və təşkilatçılıq təcrübəm imkan verir. Bəziləri deyir ki, işlərim çox olduğundan bu işin öhdəsindən gələ bilmərəm. Bu, Ombudsman Aparatının nəzdində olsa çox müstəqil olar və müstəqil fəaliyyət göstərər", - deyə E.Süleymanova bildirib.
Müvəkkil bildirib ki, bu səlahiyyət Ombudsman Aparatına verilərsə, əlavə ştatlar açılacaq və peşəkar jurnalistlər işə dəvət olunacaq: "Bizim ştatdan əlavə xeyli ştat vahidi açılacaq. Ayrıca İnformasiya Ombudsmanı yaradılarsa, biz bu qurumla da sıx əməkdaşlıq edərik. Ombudsman Aparatında yaradılarsa tam yeni struktur vahidi olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB