Ziyafət Əsgərov: “Bizim Sarkisyanın ərköyün siyasətinə dözməyə vaxtımız yoxdur” - VİDEO
"Ermənilərin Zəngilanda məskunlaşması müvəqqətidir". SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov bildirib. Onun sözlərinə görə, bu hərəkətin heç bir mənası yoxdur, həm də Ermənistan rəhbərliyi çox gözəl bilir ki, bu müvəqqətidir və yaxın zamanlarda çıxacaqlar: "Sadəcə olaraq insanların fikrini ölkədə baş verən aclıq, səfalətdən yayındırmaq üçün belə addımlar atırlar. Onlar özləri də bilirlər ki, danışıqlar prosesində Azərbaycanın ərazi bütövlüyü təsdiq olunub. Bunu Ermənistan rəhbərliyi çox yaxşı bilir. Bu gedişlərin heç biri bizi ruhdan salmamalıdır".
Ziyafət Əsgərovun sözlərinə görə, bu gün Azərbaycan iqtisadiyyatı bütövlükdə hərbi relslər üzərində getməlidir və artıq bu sahədə xeyli işlər görülüb. Onun sözlərinə görə, xüsusilə də sənaye və iqtisadiyyat tam hərbi rels üzərinə keçməlidir: "Çünki beynəlxalq hüquq acizliyini göstərdi, o sübut etdi ki, Ermənistana təsir və təzyiq edə bilməz. Beynəlxalq hüquq istinad etmək hüququna çevrilib, əməl etmək hüququna yox. Çünki biz dəfələrlə deyirik ki, BMT-nin hüquq normalarına əməl edin, amma onlar yalnız istinad edirlər. Biz də istinad edirik, amma eyni zamanda torpaqlarımızın işğaldan azad olması hüququnu saxlayırıq. Çünki BMT-nin nizamnaməsinin 51-ci maddəsi var. Bütün dünya Astana sammitində gördü ki, Ermənistanla sülh danışığı aparmaq mümkün deyil". Lakin başqa cür danışıq variantının da olduğunu diqqətə çatdıran Milli Məclis sədrinin müavini əlavə edib ki, beynəlxalq hüquq, ölkə qanunvericiliyi, iqtisadiyyatımız, ordumuz buna imkan verir. Onun sözlərinə görə, müharibə variantı hər zaman gündəlikdədir: "Bəyan edirəm ki, Azərbaycan iqtisadiyyatı hərbi reyslər üzərinə keçməlidir. Bütün insanlar buna hazır olmalıdır. Bizim nə Sarkisyanın ərköyün siyasətinə dözməyə, nə də oturub danışmağa vaxtımız var. Beynəlxalq təşkilatlar danışıqlarının uzanmasından narahat olduqlarını bildirirlər. Danışıqları aparan Fransa, Amerika, Rusiyadır. Bu sözü deyən də onlardır. Həll eləsinlər də, kim onlara mane olur. Hətta siyasətdə olmayan insanlar belə belə bəyanatlara çox gülünc baxırlar. Belə bəyanatların çəkisi yoxdur. O zaman biz yalnız prezidentimizə, hərbi relsə keçən iqtisadiyyatımıza və ordumuza inanmalıyıq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB