Gövhər Baxşəliyeva: “Elm haqqında qanun ölkə elminə yenilik, stimul gətirəcək” – AÇIQLAMA

Gövhər Baxşəliyeva: “Elm haqqında qanun ölkə elminə yenilik, stimul gətirəcək” – AÇIQLAMA
Milli Məclisin IV çağırış yaz sessiyasında "Elm" və "Ali Təhsil" haqqında qanun layihələri müzakirəyə çıxarılacaq. Bu barədə SİA-ya Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Gövhər Baxşəliyeva açıqlamasında deyib. O bildirib ki, elm üçün mühüm olan bu qanunların qəbulu vacibdir.

Son dövrlərdə ölkəmizdə elm və təhsil sahəsində islahatların aparıldığını deyən komitə üzvü söyləyib ki, islahatların aparılması ilə əlaqədar ölkə başçısının imzaladığı fərman əsasında Dövlət Komissiyası yaradıldı ki, həmin komissiyanın hazırladığı Milli Strategiyada ölkə elmini təmin edəcək çox böyük məsələlər öz əksini tapıb: "Strategiyada yer alan Azərbaycan elminin inteqrasiyası, maliyyə, idarəetmə prinsiplərinin təkmilləşməsi, digər işlərin həyata keçirilməsi və yaradılan hüquqi bazanın tamamlanması üçün Elm haqqında qanunun qəbulu vacibdir. Artıq 15 ildən çoxdur ki, qanun üzərində işlər gedir. Biz yaz sessiyasında sözügedən qanunun qəbul ediləcəyini gözləyirik".

Açıqlaması zamanı layihə haqqında məlumat verən G.Baxşəliyeva bildirib ki, layihədə elmin inkişaf strategiyası, istiqamətləri, elmi işçilərin hüquq və vəzifələri, onların sosial təminatının yaxşılaşdırılması və digər məsələlər yer alıb. Onun sözlərinə görə, bu qanun ölkə elminə yenilik, stimul gətirəcək: "Qanun qəbul olunur ki, aid olduğu sahənin inkiaşafını təmin etsin. Elm haqqında qanunda olan müəyyən maddələr təhsil sahəsində qəbul olunan qanunlarla uzlaşdırılacaq. Qanun həmçinin təhsilimizin və elmimizin gələcək inteqrasiyasını təmin etməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə