Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim briqadası kimyaçıların göz müayinəsinə başlayıb
Son dövrdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azərikimya" İstehsalat Birliyində kimyaçıların sağlamlığının qorunması, təhlükəsiz iş şəraitinin yaradılması məsələlərinə diqqət artırılıb. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu istiqamətdə görülən tədbirlər çərçivəsində Birliyin dəvəti və təşkilatçılığı ilə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim briqadası "Üzvi sintez" zavodunda kimyaçıların görmə qabiliyyətinin pulsuz müayinə və müalicəsinə başlayıb. Mərkəzin həkimləri yüzlərlə kimyaçını müayinə edib və müvafiq müalicə təyinatı yazıblar.
Lazım olan bütün tibbi avadanlıqlarla kimyaçıların xidmətində dayanan səyyar həkim briqadası ciddi ehtiyac duyulan bəzi kiçik cərrahiyyə əməliyyatlarını da uğurla yerinə yetirib. Milli Oftalmologiya Mərkəzinin həkimləri "Üzvi sintez" zavodu ilə yanaşı Nəqliyyat və Xüsusi Texnika İdarəsinin, həmçinin Mexaniki Təmir zavodunun da kollektivini müayinə ediblər. Respublikanın təcrübəli oftalmoloqlarının dörd mərhələdə aparacağı müayinə və müalicə əməliyyatlarının ikinci mərhələsinə "Azərikimya" İB-nin Etilen-polietilen zavodunun, Təmir-tikinti İdarəsinin və Anbar Təsərrüfatının işçiləri qatılacaqlar. Növbəti mərhələlər isə Səthi aktiv maddələr zavodunun və "Azərikimya" İB-nin idarə aparatının əməkdaşlarını əhatə edəcəkdir. İlkin məlumata görə, gözünün müayinə olunması üçün müraciət edən kimyaçıların sayı 2 min nəfərdən coxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB