Səməd Seyidov AŞPA-nın komitə iclasında iştirak edir

Səməd Seyidov AŞPA-nın komitə iclasında iştirak edir
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin iclasında iştirak etmək üçün Parisdə səfərdədir. İclasda Moldovada son parlament seçkiləri, Türkiyə ilə post monitorinq dialoqu, Ukraynada vəziyyət, Gürcüstanın vəzifə və öhdəliklərinin yerinə yetirilməsi və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə