Balakən rayonunda ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib. Rayonun idarə-müəssisə rəhbərləri, şəhər ictimaiyyəti və gənclərin də qatıldığı tədbirdə Balakən rayon icra hakimiyyətinin başçısı Asif Məmmədov ulu öndərin şərəfli ömür yolundan, Azərbaycan xalqının qurtuluşu, dövlətçiliyimizin xilası, inkişafı uğurunda göstərdiyi misilsiz xidmətlərindən danışıb.
Qeyd edək ki, 2003-cü ilin dekabrından etibarən hər il dekabrın 12-də Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar tədbirlər keçirilir. Həmin gün Azərbaycan vətəndaşları Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edirlər, Bakıda və Azərbaycanın bölgələrində anım tədbirləri baş tutur.
Bütün xəbərlər Facebook səhifəmizdə