Əli Məsimli: “Süni qiymət artımını qanun formasına salmaq mümkün deyil” - AÇIQLAMA
"Qiymət artımı həm dünya iqtisadiyyatında, həm də ölkə iqtisadiyyatında gedən obyektiv və subyektiv səbəblərdən asılıdır. Onun obyektiv səbəbləri ondan ibarətdir ki, dünya böhran mərhələsindədir". Bu sözləri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli SİA-ya açıqlamasında deyib. O bildirib ki, dünyada gedən qlobal böhranın kulminasiya nöqtəsi arxada qalsa da, kataklizm yaradan elementləri hələ də aradan qalxmayıb. Onun sözlərinə görə, bu kataklizmlər maliyyə aspektində dağıdıcı rol oynamaqda davam edir.
Ə.Məsimli vurğulayıb ki, böhranın yaratdığı bir sıra problemlərlə əlaqədar pensiyaların dondurulması, sosial proqramların dayandırılması xüsusən də inkişaf etmiş ölkələrdə iğtişaşlarla müşaiyət olunur: "Təbii fəlakətlərin, böhranın genişlənməsi nəticə etibarı ilə kənd təsərrüfatı məhsullarının, xüsusən də taxıl istehsalının xeyli dərəcədə aşağı düşməsinə gətirib çıxarır. İstehsalın aşağı düşməsi dünya bazarı və birjalarındakı qiymətə təsir göstərir. Azərbaycan da bu proseslərdən kənarda qala bilməz. Ölkəmizin dünya böhranından az zərərlə çıxmasına baxmayaraq, təbii kataklizmlər ölkəmizə təsir göstərdi. Belə ki, Azərbaycanda kənd təsərrüfatı istehsalı 4 faizə, bitkiçilik 10 faizdən çox, taxıl istehsalı isə 30 faizdən çox aşağı düşdü ki, bu da müəyyən dərəcədə qiymətin artmasına təsir göstərir. Biz taxılı əsasən Qazaxıstandan aldığımıza görə, o da bu prinsiplərdən çıxış edərək qiymətləri qaldırdı və beləliklə, təbii sürətdə qiymətin artmasında müəyyən əsaslar oldu. Amma bu, qiymətin müəyyən qədər artmasını əsaslandırır. Ərzaq məhsullarının qiymətində artım 10 faiz ətrafında ola bilər. Amma birdən-birə 30-40 faiz artmasının əsası yoxdur".
Ölkədə süni qiymət artımı zamanı bir sıra metodlardan istifadə olunduğunu dilə gəitərən Ə.Məsimli belə artımların xüsusilə də çörək məhsullarında müşahidə olunduğunu vurğulayıb. Onun sözlərinə görə, həm çörək məhsullarının qiymətinin qalxması, həm də çəkisinin aşağı düşməsi ölkəmizdə yaşayan aztəminatlı təbəqəyə ikiqat zərbə vurmuş olur: "Ona görə də mən Milli Məclisin iclasları zamanı etdiyim çıxışlarda süni qiymət artımına qarşı səsimi qaldırıram. Hesab edirəm ki, Milli Məclisin qarşıdakı iclaslarında bir daha bu məsələni qaldıracağam. Mətbuatdan da xahiş edirəm ki, məni dəstəkləsin. Yeni ilə köhnə qiymətlərlə gedək. XXI əsrin birinci dekadasının qiymət artımlarını arxada qoyaq, süni qiymət artımına yox deyək".
O, bazarlarda süni qiymət artımlarının daha çox bayramqabağı günlərdə rast gəlinməsi məsələsinə də toxunub. Ə.Məsimli deyib ki, belə hallar bir qrup insanların şəxsi maraqlarından və yaranan vəziyyətdən istifadə etməsi nəticəsində yaranır. O əlavə edib ki, İqtisadi İnkişaf Nazirliyi və digər təşkilatlar var ki, onlar bu məsələ ilə əlaqədar monitorinqlər aparmalı, süni qiymət artımının qarşısını almalıdırlar.
Problemin aradan qaldırılması üçün yeni qanun layihəsinin hazırlanmasına ehtiyac varmı sualını da cavablandıran Ə. Məsimli qeyd edib ki, sözügedən problemi qanun formasına salmaq mümkün deyil. Onun sözlərinə görə, əksinə mövcud olan qanunlardan daha səmərəli istifadə etməklə problemin qarşısını almaq olar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB