“Diyarbəkir vilayətindən olan sahibkarlar Diyarbəkir-Yerevan birbaşa təyyarə reysi açmaq üçün erməni həkmarlarının yardımına ümid edirlər”. SİA xəbər verir ki, bu barədə “Novosti Armenii” nəşri Ermənistanın sahibkarlar və sənayeçilər ittifaqının mətbuat xidmətinə istinadən yazır.
Məlumata görə, Diyarbəkirin ticarət və sənaye palatasının vitse-prezidenti və təsisçisi Hüsnü Pərvanə artıq bununla bağlı Yerevanda görüş keçirib.
Erməni nəşri qeyd edir ki, görüş əsnasında türkiyəli iş adamları Diyarbəkir-Yerevan birbaşa aviareysinin işə salınmasına ümid etdiklərini bildiriblər və bu məsələdə Ermənistanın sahibkarlar və sənayeçilər ittifaqının dəstəyini gözləyirlər.
Bu arada, ittifaqın həmsədri və "erməni-türk" iqtisadi əlaqələri komissiyasının sədri Arsen Kazaryan bu kimi plandan məmnunluq hissi keçirdiyini bildirib və xatırladıb ki, hələ 2009-cu ildə həmsədri olduğu ittifaq Yerevan-Van aviareysinin açılışı istiqamətində iş aparıb. Lakin siyasi səbəblərə görə, Türkiyə hakimiyyəti tərəfindən həmin layihə dayandırılıb.
“Lazaryan ümid etdiyini bildirib ki, bu dəfə Ermənistanın sahibkarlar və sənayeçilər ittifaqı yeni aviareysin açılışı üçün bütün gücünü səfərbər edəcək”, deyə “Novosti Armenii” yazır.
Digər maraqlı məqam isə budur ki, görüşdə iştirak edənlər gələcək planları barədə fikirləribi bölüşüblər və Ermənistanın sahibkarlar və sənayeçilər ittifaqı 2011-ci ildə görüşlərin təşkili, biznes-əlaqələrin həyata keçirilməsi, eləcə də erməni-türk münasibətlərinin normallaşdırılması istiqamətində işlərin aparıldığını xatırladıb.
O da bildirilir ki, Ermənistanla Türkiyə arasında diplomatik münasibətlər mövcud deyil və iki ölkə arasındakı sərhədlər rəsmi Ankaranın təşəbbüsü ilə 1993-cü ildə bağlanıb.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB