Təhsil naziri: “16 yaşında qız uşağının sinifdə başı bağlı olması nə məna daşıya bilər?” - AÇIQLAMA
"Şagirdlərin məktəblərə hicabla gəlməsi məsələsində heç bir gərginlik yoxdur və burada gərginlik yaratmağa nə ehtiyac var?. Bəziləri müəyyən fikirlər söyləyirlər ki, guya mən dinsizəm. Ancaq Azərbaycan indi dünyəvi dövlətdir, qanun-qaydalarla idarə olunur". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov şagirdlərin məktəbə hicabla gəlməsi məsələsinə münasibət bildirərkən deyib. O vurğulayıb ki, Azərbaycanın təhsil qanununda birmənalı şəkildə bu məsələyə münasibət bildirilib. Nazirinin sözlərinə görə, söhbət yalnız ondan gedir ki, məktəbdə 16 yaşında qız uşağının sinifdə başı bağlı olması nə məna daşıya bilər? M.Mərdanov qeyd edib ki, Azərbaycan ictimaiyyəti buna öz qiymətini verib.
"Sinifdən kənar kim hansı formada istəyirsə gəzsin, buna heç kim məcbur edə bilməz. Hələlik ali məktəblərlə bağlı heç bir fikir söyləməmişik. Ancaq ümumtəhsil məktəbləri ilə bağlı bu qəbul olunmuş qərardır və biz qərara riayət etməliyik. Burada kənar heç bir şey görmürəm. Bu qətiyyən müsəlmançılıqdan uzaqlaşmaq demək deyil, hər birimiz, o cümlədən mən də Allahımızı tanıyırıq, peyğəmbərimizi, ən müqəddəs kitab olan "Qurani-Kərimi" qəbul edirik. Dinin digər etiqadlarına da əməl etməliyik. Şagirdlərin məktəbə hicabla gəlməməsi məsələsi isə müsəlmançılığa qarşı olan bir məsələ deyil", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB