Musa Qasımlı: "100 il əvvəl olduğu kimi bu gün də biz bir yerdəyik" ÖZƏL-MÖVQE

Musa Qasımlı: "100 il əvvəl olduğu kimi bu gün də biz bir yerdəyik" ÖZƏL-MÖVQE

“Bakının düşmən işğalından qurtuluşunun 100-cü ildönümü münasibəti ilə keçirilən paradda iştirak etmək üçün Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri olduqca əhəmiyyətlidir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

Onun sözlərinə görə, hər şeydən əvvəl, bu səfər və birgə parad göstərdi ki, 100 il əvvəl olduğu kimi, bu gün də biz bir yerdəyik: “Biz birlikdə olanda güclüyük. Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü Azərbaycanın gücüdür. Səfər iki ölkə arasında münasibətlərin köklərinin dərin, bu gününün yüksək səviyyəsini, böyük perspektivlərinin və potensialının olduğunu göstərdi”.

Qeyd edək ki, sentyabrın 15-də Azərbaycan paytaxtının Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva paradda iştirak ediblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə