Ombudsman Aparatının əməkdaşları Bakı İstintaq Təcridxanasında araşdırma aparıblar
İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakültativ Protokoluna uyğun olaraq yaradılmış Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri V.Məhərrəmov və V.Heydərov İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, onun ünvanına daxil olmuş müraciətlərin araşdırılması məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında araşdırma aparıblar.
Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, MPM qrupunun üzvləri burada saxlanılan on iki şəxslə görüşmüş, onların müraciətlərini araşdırmış, hüquqlarını izah ediblər.
Həmin şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyiblər. Eyni zamanda onların bəziləri barələrində çıxarılmış məhkəmə hökmündən, istintaqın qeyri-obyektiv aparılmasından, Cinayət Məcəlləsinin müvafiq maddəsinin onlara düzgün tövsif edilməməsindən narazılıqlarını bildiriblər.
Söhbət aparılmış şəxslərdən biri isə Dövlət Gömrük Komitəsinin Astara keçid məntəqəsində saxlanılaraq döyüldüyünü, habelə həmin komitənin istintaq idarəsində kobud rəftara məruz qaldığını söyləyib.
Qeyd olunmalıdır ki, bu faktla bağlı müvafiq akt tərtib edilib. Ombudsman məsələnin obyektiv araşdırılması, həmin şəxsin təcili məhkəmə tibbi-ekspertizasından keçirilməsi üçün Baş prokurora müraciət edib.
Digər təqsirləndirilən şəxs, ikinci qrup əlil təşəkkür məktubunu E.Süleymanovaya ünvanlayaraq, hüquqlarının müdafiəsində kömək göstərdiyinə görə Ombudsmana özünün və ailəsinin minnətdarlığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB