Azərbaycan-İsrail əməkdaşlıq layihələri müzakirə edilib

Azərbaycan-İsrail əməkdaşlıq layihələri müzakirə edilib

Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Azərbaycanda səfərdə olan İsrailin müdafiə naziri Aviqdor Libermanla görüşüb. Nazirlikdən SİA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə mövcud və perspektiv əməkdaşlıq layihələri müzakirə edilib.

Görüşdə sentyabrda Bakıda keçiriləcək “ADEX-2018” üçüncü Beynəlxalq müdafiə sərgisində İsrailin milli pavilyonla iştirak etməsindən məmnunluq ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə