Özbəkistanda ümummilli lideri Heydər Əliyevə həsr olunmuş kitabın təqdimat mərasimi keçiriləcək

Özbəkistanda ümummilli lideri Heydər Əliyevə həsr olunmuş kitabın təqdimat mərasimi keçiriləcək
Milli Məclisin komitə sədrləri Hadi Rəcəbli, Eldar İbrahimov və deputat Hüseynbala Mirələmov bu gün Özbəkistanın Daşkənd şəhərinə səfər edəcəklər. Bu barədə SİA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

. Deputatlar Hüseynbala Mirələmovun "Görkəmli şəxsiyyətlərin həyatı" silsiləsindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş kitabının özbək dilində təqdimat mərasimində iştirak edəcəklər.

Millət vəkilləri görkəmli dövlət xadiminin həyat və fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verəcək, onunla bağlı xatirələrini bölüşəcəklər. Səfər dekabrın 13-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə