Barak Obama Bronislav Komorovski ilə Ağ Evdə görüşüb

Barak Obama Bronislav Komorovski ilə Ağ Evdə görüşüb
ABŞ prezidenti Polşanın dövlət başçısına Amerikanın Polşaya müdafiə və təhlükəsizlik sahəsində yardım edəcəyinə vəd verib. SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, dünən Bronislav Komorovski ilə Ağ Ev görüşündən sonra Barak Obama deyib ki, iki ölkə arasında əməkdaşlıq özünü NATO və regional müdafiə planlarındakı tərəfdaşlıqda əks etdirir. Polşa prezidenti ABŞ dövlət başçısına Rusiya ilə silahların ixtisarına dair yeni sazişə dəstək verəcəyini bildirib. Komorovski Polşanın minilliklərlə mürəkkəb əlaqələrə malik olduğu Rusiya ilə bu sazişin daha firavan və daha təhlükəsiz gələcəyə zəmin yaratdığını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə