Avropa ədliyyə nazirlərinin növbəti konfransı 2012-ci ildə Avstriyada keçiriləcək

Avropa ədliyyə nazirlərinin növbəti konfransı 2012-ci ildə Avstriyada keçiriləcək

Avropa ədliyyə nazirlərinin növbəti 31-ci konfransı 2012-ci ildə Avstriyada keçiriləcək. SİA-nın xəbərinə görə, bu barədə razılıq Avropa Şurası tərəfindən Türkiyə Hökuməti ilə birgə İstanbulda təşkil olunan Avropa ədliyyə nazirlərinin sonuncu konfransında əldə olunub.

 

Qeyd edək ki, 1961-ci ildən mütəmadi keçirilən və 20 ildən sonra yenidən Türkiyədə təşkil olunan forum "Üçüncü minillikdə ədliyyənin müasirləşdirilməsi" mövzusuna həsr olunub. Konfransda Azərbaycanı ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Nümayəndə heyətinin tərkibinə nazirliyin Təşkilat-nəzarət baş idarəsinin rəisi, Məhkəmə-Hüquq Şurasının üzvü Azər Cəfərov, Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov, Penitensiar xidmətin rəis müavini Hüseynağa Əlixanov, nazirin köməkçisi Adil Əbilov, habelə Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov daxil olub.

Bütün xəbərlər Facebook səhifəmizdə