Siyasiləşmiş QHT-lər arasında qarşıdurma dərinləşir AÇIQLAMA

Siyasiləşmiş QHT-lər arasında qarşıdurma dərinləşir AÇIQLAMA

“Demokratiya” carçılarının əsas missiyası aldıqları pul müqabilində əmrləri yerinə yetirməkdir”

Son vaxtlar xaricdə mühacir həyatı yaşayan siyasiləşmiş QHT-lərdən olan Xədicə İsmayıl, Leyla Yunus, Arif Yunus, Emin Milli, Emin Hüseynov və bu kimi şəxslər arasında bir-birinə qarşı qarşılıqlı ittihamlar genişlənib. Nə baş verir dünən bir-birinə dəyər və dəstək verənlər, bu gün biri-birindən üz çevirirlər? "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə SİA-ya açıqlamasında bunun səbəbini siyasiləşmiş QHT rəhbərləri və xaricdə mühacir həyatı yaşayanlar arasında parçalanmanın baş verməsi ilə əlaqləndirib: “Çünki bu “demokratiya” carçılarının əsas missiyası aldıqları pul müqabilində əmrləri yerinə yetirməkdir. Əsas istəkləri də ondan ibarətdir ki, hər hansı müxalifət partiya üzvünün törətdiyi əmələ görə həbs edilsin. “Siyasi məhbus” siyahısını genişləndirmək üçün fürsət yaranırsa, demək vəsait də çoxalacaq. Mənasız və boşboğazlığa hesablanan bəyanatlarla çıxış edirlər. Bununla qeyd etdiyim kimi onların əsas niyyətləri məhz bu tip hadisələrdən öz şəxsi mənafeləri üçün istifadə etməkdən ibarətdir”.

C.Hüseynzadə dağıdıcı müxalifət düşərgəsində eləcədə, siyasiləşmiş QHT-lər arasında yaranan qarşıdurmanın səbəblərdən birini də maliyyə yardımlarıəndan daha çox əldə etməkdir: “Bu baxımdan hazırda Avropada mühacir həyatı yaşayan qruplar arasında “nüfuz” savaşının baş verməsinin əsas səbəbi növbəti mərhələ üçün daha çox maliyyə əldə etməkdən ibarətdir. Bəllidir ki, 2018-ci il seçki öncəsi və sonrakı dövrlərdə ayrılan mailiyə resursları ilə həmin qüvvələr Azərbaycan qarşı bir cəbhədən mübarizə aparırdılar. Ehtimal etmək olar ki, şəbəkənin birgə fəaliyyəti ilə bağlı müəyyən tələblər qoyulur və bəlli zaman kəsiyində qrupların birgə fəaliyyəti bu səbəbdən meydana çıxır. Yaxın zamanlarda siyasi mühacirlərin fəallıq göstərməsi, daha doğrusu onlara böyük dəstəyin verilməsi gözlənilən deyil. Buna baxmayaraq şəbəkənin mövcudluğun qorunması üçün mütəmadi kiçik yardımların göstərilməsi davam edəcək. Bu isə hazırda həmin qüvvələr arasında “nüfuz” savaşının davam edəcəyini göstərir”.

Müsahibinizin sözlərinə görə, regionda baş verən müəyyən dəyişikliklər fonunda da mühacirlərin fəallaşma ehtimalı ola bilər: “Çünki son dövrlər Azərbaycanın bəzi qonşu dövlətlər ilə münasibətlərinin yeni müstəviyə keçməsi, Xəzər dənizinin hüquqi statusu ilə bağlı sahil dövlətlərin razılıq əldə etməsi və digər amillər Qərb dövlətlərinin maraqları xaricindədir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə