Azərbaycan ilə Bolqarıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikası Müdafiə Nazirliyinin İkitərəfli Əməkdaşlıq və Regional Təşəbbüslər İdarəsinin rəisi xanım Daniela Qriqorovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, görüşdə regional təhlükəsizlik məsələləri müzakirə olunub, ikitərəfli hərbi əməkdaşlığın hazırkı vəziyyəti, inkişaf perspektivləri və əlaqələrin genişləndirilməsi istiqamətində görüləcək birgə tədbirlər nəzərdən keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB