Gənclər və İdman naziri Azad Rəhimov Avropa Şurası Nazirlər Komitəsinin iclasında iştirak edir

Gənclər və İdman naziri Azad Rəhimov Avropa Şurası Nazirlər Komitəsinin iclasında iştirak edir

8 dekabr 2010-cu il tarixdə Fransanın Strasburq şəhərində Avropa Şurası Nazirlər Komitəsinin növbəti iclasına start verilir. Konfransda gənclər və idman naziri Azad Rəhimov da iştirak edir.

SIA-nın məlumatına görə, iclasda Avropa Şurasının Baş Katibi Bakıda keçirilmiş Avropa Şurası İdmana məsul Nazirlərin 18-ci Qeyri-formal Konfransının yekunlarına dair məlumat verəcəkdir.

Bakıda keçirilmiş iclası nəzərə alaraq qeyd edək ki, konfrans keçirən ölkənin nazirinin Nazirlər Komitəsinin iclasında çıxış etməsi ilk dəfədir ki, həyata keçirilir. Məhz bu baximdan nazir Azad Rəhimovun konfransa dəvət olunması xüsusi əhəmiyyət kəsb edir.

Azad Rəhimov Iclasda cıxış etməklə bərabət, konfransın yekunları və Idman sahəsində Genişləndirilmiş Hissəvi Sazişlə bağlı fəaliyyətlər, Ümümdünya Antidoping Agentliyi ilə münasibətlər, Avropa Şurası ilə Avropa Ittifaqı arasında idman sahəsində əməkdaşlıq məsələləri ilə bağlı müzakirələrə də qatılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə