İsrail höküməti Azərbaycan yanğınsöndürənlərini sertifikat və fəxri fərmanla təltif edib

İsrail höküməti Azərbaycan yanğınsöndürənlərini sertifikat və fəxri fərmanla təltif edib

İsrailin şimalında yanğının söndürülməsində iştirak etmiş xarici ölkələrin xilasediciləri ilə keçirilən görüş zamanı İsrail xarici işlər nazirinin müavini Dani Ayalon hər bir nümayəndə heyətinə fəxri fərman verib. İsrailin Azərbaycandakı səfirliyindən SİA-ya verilən məlumata görə, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin rəisi, polkovnik Əşrəf Qasımov sertifikat və fəxri fərmanla təltif edilib.

 

Qeyd edək ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyi təbii fəlakətin aradan qaldırılması üçün İsrailə 16 nəfərlik heyət və iki vertolyot göndərmişdi.

 

Xatıqrladaq ki, yanğın ötən həftə Karmel dağının ətəklərində, İsrailin şimalında ən iri şəhər və böyüklüyünə görə üçüncü olan 250 min əhaliyə malik Hayfa şəhərinin yaxınlığında tüğyan edib. 42 nəfər yanğının qurbanı olub. Onların əksəriyyəti həmkarlarına köməyə tələsən və alışan avtobusda diri-diri yanan həbsxana idarəsinin zabit kurslarının dinləyiciləri olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə