“Telefon danışıqlarına gizli şəkildə qulaq asmaq özü-özülüyündə qınanılan və narahatedici haldır”. SİA məlumat verir ki, bu barədə 1in.am xəbər portalına açıqlamasında “Modus Vivendi” analitik mərkəzinin direktoru Ara Papyan milli təhlükəsizik xidməti ilə xüsusi istintaq idarəsinin rəhbərləri arasında gedən telefon danışıqlarına, eləcə də bu danışıqların ictimailəşdirilməsinə münasibətini bildirərkən deyib.
Erməni analitikinin sözlərinə görə, həmin telefon danışığı çoxdan yazılıb və bir neçə gün öncə Youtube sosial şəbəkəsində yerləşdirilib. Papyan hesab edir ki, həmin audioyazının ictimailəşdirilməsi mövcud hakimiyyət dairələrini nə qədər naşı olması məqsədini daşıyır. Həmçinin, ümumi planda belə bir fikir formalaşır: “Mümkündür ki, burada Koçaryanın komandası iş aparıb, yaxud, daha çox ehtimal var ki, onu başqa ölkə, düşünürəm ki, Rusiya edib”.
“Modus Vivendi”nin direktoruna görə, Rusiya Ermənistandakı mövcud hakimiyyətin uğursuzluğa düçar olmasında maraqlıdır.
Ara Papyan onu da qeyd edib ki, ölkədəki təhlükəsizlik sisteminə yenidən baxılmalıdır və hökumət sərt mübarizə üsulu seçməlidir: “Siz məxməri şəkildə əksinqilabçılara qarşı mübarizə apara bilməzsiniz. Əgər seçkilər gələn ilin yazında keçirilməsə, həm daxili, həm də xarici cəbhələrdə böyük çaxnaşmalar baş verəcək”.
Erməni analitiki digər bir məsələyə də toxunaraq bildirib ki, şəxsən onun özünün hələ ki, Ermənistana geri dönmək fikri yoxdur: “Ermənistana gedərək investisiyalar yatırmaq istəyən sahibkarlar hələ də gözləmə mövqeyindədirlər. Şəxsən mənim özüm ən gec, iki-üç ildən sonra geri dönmək fikirndəyəm”.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB