Sergey Lavrov: “Dağlıq Qarabağ münaqişəsinin həllində “Ziyan vermə!” prinsipi əsasında hərəkət etmək lazımdır”

Sergey Lavrov: “Dağlıq Qarabağ münaqişəsinin həllində “Ziyan vermə!” prinsipi əsasında hərəkət etmək lazımdır”

"Astana kimi bu cür sammit və görüşlər böhranlı münaqişələrin həllini əvəz edə bilməz. Dondurulmuş münaqişələrin həllində nəticənin əldə olunması ilk növbədə danışıqları aparan tərəflərin qarşılarına qoyduqları vəzifə olmalıdır: istər Kipr, Kosovo, Dağlıq Qarabağ, Dnestryanı və Qafqaz olsun". SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT-in Astana sammitinin nəticələrinin dondurulmuş münaqişələrin həllində hər hansı bir müsbət təsir edə biləcəyinə münasibət bildirərkən deyib.

 

Rusiyalı diplomat hesab edir ki, sammitlərdə yalnız münaqişələr ətrafında mövcud olan danışıqlar prosesini konsilidasiya etmək və tərəflər arasında razılığı möhkəmləndirmək mümkündür: "Burada ancaq "Ziyan vermə!" prinsipi əsasında hərəkət etmək lazımdır. Bu cür realist yanaşma bizə imkan verdi ki, Astana sammitində Ermənistan, Azərbaycan və Rusiya, ABŞ, Fransanın nümayəndə başçıları ilə birgə Dağlıq Qarabağ münaqişəsinin istiqamətində balanslaşdırılmış bəyanatın mövcudluğunu ortaya qoymağa imkan yaratdı".

 

S. Lavrov eyni zamanda: "Sammit- vaxt maşını deyil ki, baş verən hadisələri geri qaytarsın və mübahisəli prosesləri həll etsin"- deyə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə