Nazim Məcidov: “Dənizkənar Bulvar ərazisinin genişləndirilməsinə yaxın bir il ərzində start veriləcək”-AÇIQLAMA
Dənizkənar Bulvar ərazisinin genişləndirilməsinə yaxın bir il ərzində start veriləcək. Bu barədə SİA-ya Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov açıqlamasında deyib. Bulvar ərazisinin iki istiqamətdə genişləndiriləcəyini deyən rəis müavini bildirib ki, ərazi hazırki idman sarayından Bayraq meydanına, Dəniz vağzalından Nobel prospektinə qədər genişləndirilməlidir.
Onun sözlərinə görə, ərazinin genişləndirilməsi və həmin ərazilərin bulvar ərazisi sayılması üçün ilk növbədə orada olan tikinti və müəssisələr çıxarılmalıdır: "Bu barədə Əmlak Məsələləri üzrə Dövlət Komitəsində kadastr xidməti var ki, onlar artıq bu işə başlayıblar. Hazırda ərazidə olan obyektlərin siyahısı tərtib olunub, onların gələcək müqəddəratı ilə bağlı məşğul olunur. Məndə olan məlumata görə, Bayraq meydanına qədərə olan ərazidə yerləşən məhbuslar üçün yer artıq köçürülüb. Bundan əlavə sözügedən ərazidə Xəzər Dəniz Gəmiçiliyinə məxsus bir neçə müəssisəsi var ki, onlar da köçürülməkdədir. Köçürülmə işlərinin nə vaxt başa çatması Bakı Bulvar İdarəsindən asılı olmadığına görə ərazinin genişləndirilməsi işlərinin nə zaman başa çatması haqqında dəqiq vaxt söyləmək mümkün deyil".
Hazırki idman sarayından Bayraq meydanına qədər genişləndiriləcək ərazilərdə insanların istirahəti üçün lazımi şəraitin yaradılacağını vurğulayan sədr müavini qeyd edib ki, həmin ərazidə insanların rahat gəzmələri, yorularkən qəlyanaltı və ya çay içməsi üçün şərait yaradılacaq. Onun sözlərinə görə, kiçik yaşlıların maraqları nəzərə alınaraq genişləndirilmiş ərazidə atraksion və karusellərin olması da nəzərdə tutulub.
"İdman sarayından Bayraq meydanına qədər sahil boyu təxminən 2 kilometrə qədər məsafə var. Onun dənizdən 100-150 metr ərazisi bulvar ərazisi sayılacaq", - deyə N.Məcidov əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB