Sentyabrın sonunda Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyasının açılışında iştirak etmək üçün ABŞ-a səfər edəcək. ABŞ prezidenti Donald Trampın həmin tədbirə qatılacağı gözlənilir.
SİA-nın verdiyi xəbərə görə, erməni KİV-ləri Qərb mətbuatına istinadən diqqət çəkən məlumat yayıblar. Bildirilib ki, Tramp sessiya çərçivəsində Paşinyanla görüşdən imtina edib.
Qeyd olunub ki, qərbpərəst Paşinyanın Rusiyaya mütəmadi səfərləri və bəzi addımları Qərbdə anlaşılmazlıq yaradıb. Belə ki, ABŞ ona əvvəlcədən xəbər edilmədən Rusiyanın təklifi ilə Ermənistanın Suriyaya “humanitar qoşun” göndərmək qərarının məğzini anlaya bilmir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB