Zahid Oruc: “ATƏT-in fəaliyyətində dəyişiklik edilməsi məsələsi gündəmdədir” -MÖVQE

Zahid Oruc: “ATƏT-in fəaliyyətində dəyişiklik edilməsi məsələsi gündəmdədir” -MÖVQE
Astana Sammitindən sonra bir çoxlarında pessimist düşüncələr yaranıb ki, sammit hər hansı bir qərar verməmək, dövlət başçılarının görüşünü təşkil edə bilməməklə bundan sonrakı dövr üçün danışıqlar prosesinə böyük zərbə vurmuş olur". Bu sözləri millət vəkili Zahid Oruc SİA-ya açıqlamasında deyib. O bildirib ki, Avropada təhlükəsizliyə və əməkdaşlığa cavabdehlik daşıyan bir qurumun özünü bu cür səviyyədə aparması acı təəssüf doğurur, həm də müəyyən nəticələr çıxarmağa imkan verir.

Onun sözlərinə görə, biz nəzərə almalıyıq ki, beynəlxalq qurumların hansasa bir missiyanı kiminsə əlində alət kimi yerinə yetirib yetirmədiyindən asılı olmayaraq Azərbaycanın Ermənistana yönəlik siyasəti öz sərtliyində davam edəcək: "Bu həm iqtisadi, həm siyasi, həm də diplomatik müstəvidə özünü göstərməkdədir. İkinci tərəfdən Azərbaycan ATƏT formatını yeganə bir müstəvi kimi saxlamayıb. Biz BMT çərçivəsində də bu prosesə təsir etmək üçün ciddi addımlar atmaqdayıq. Əminəm ki, bundan sonrakı dönəmdə də biz bu addımları atmış olacağıq".

ATƏT-in Minsk Qrupunun daxili mexanizmlərində bir çox problemlərin olduğunu dilə gətirən Z. Oruc söyləyib ki, bu təkcə Dağlıq Qarabağ münaqişəsinə yanaşma ilə ölçülmür. Millət vəkili vurğulayıb ki, ATƏT-in hazırki dönəmdə strukturlarını təkmilləşdirməsi, qərar vermə proseslərində müəyyən dəyişikliklər etməsi kütləvi şəkildə istəyə çevrilib: "Əslində ATƏT Ermənistana qarşı hansısa sanksiya rejimini tətbiq etsəyidi, siyasi prosesləri onların əleyhinə təşkil etmək üçün sanksiya rejimindən sonra iqtisadi proseslərə təsir üçün addımlar atılmış olsaydı, bu gün biz tamam fərqli bir vəziyyəti görərdik. Ona görə də də hesab edirəm ki, ATƏT-in fəaliyyətində dəyişiklik edilməsi məsələsi gündəmdədir".

Bütün xəbərlər Facebook səhifəmizdə