Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) bölgələrdə də mətbuatın inkişafına diqqət və qayğı göstərir. Lənkəranda çıxan "Lənkəran" qəzetinin baş redaktoru İltifat Əhmədovun SİA-nın cənub bürosuna verdiyi məlumata görə, bu günlərdə KİVDDF tərəfindən bütün rayon qəzetlərinə, o cümlədən "Lənkəran" və "Aşkarlıq" qəzetlərinin hər birinə 1000 manat dəyərində noutbook, lazerli printer, fotoaparat və diktofon hədiyyə edilib.
İ Əhmədov rayon qəzetinə göstərilən yardıma görə KİVDF-yə, fondun rəhbərliyinə öz minnətdarlığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB