Ermənistanın sabiq prezidenti Robert Koçaryana qarşı yeni cinayət işi başlanıb. SİA “İnterfaks”a istinadən xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan bildirib.
Məlumata görə, Koçaryan 1 mart hadisələri ilə yanaşı maliyyə maxinasiyaları və pulların yuyulmasında ittiham olunur.
Vanetsyanın sözlərinə görə, sabiq prezidentə qarşı ittihamda söhbət yüzlərlə milyon dollardan gedir. O, qeyd edib ki, İrəvandakı “Konqress” mehmanxanasının 6 milyon dollar rüşvətlə necə alındığına dair faktlar açıqlanacaq.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB