Sel və daşqınların bir illik nəticəsi: 3 min 222 ölü, 1003 itkin
Normadan artıq yağan yağışlar nəticəsində baş verən sel və daşqınlar bu il Çində 3 min 222 adamın ölümünə, 1003-nün isə itkin düşməsinə səbəb olub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Çinin su mənbələri naziri Çın Ley təşkil etdiyi mətbuat konfransında 1998-ci ildən sonra ən dağıdığı sel və daşqınların bu il baş verdiyini, gözləniləndən daha çox insan və maddi itkiyə səbəb olduğunu bildirib. O, bu fəlakətlər nəticəsində 270 şəhərin sular altında qaldığını, minlərlə su anbarının daşma təhlükəsi qarşısında qaldığını qeyd edib.
Rəsmi rəqəmlərə görə, Çində bu il sel və daşqınlar səbəbindən 2 milyon 270 min ev su altında qalıb, 17,87 milyon hektar əkin sahəsi böyük zərər görüb. Çinin sel və daşqınlardan gördüyü maddi zərərin isə təxminən 374,5 milyard yuan (təxminən 55 milyard dollar) olduğu açıqlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB