BŞTİ-nin sektor müdiri: “Məktəblərdəki reydlər zamanı bəzi çatışmazlıqlar aşkarlanıb”-Açıqlama

BŞTİ-nin sektor müdiri: “Məktəblərdəki reydlər zamanı bəzi çatışmazlıqlar aşkarlanıb”-Açıqlama
"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin noyabrın 24-dən 30-dək paytaxt məktəblərində keçirdiyi monitorinq artıq başa çatıb. Reydlər 60-a yaxın məktəbi əhatə edib". Bu barədə SİA-ya açıqlamasında BŞTİ-nin ümumi təhsil sektorunun müdiri Firudin Həmzəyev məlumat verib. O bildirib ki, məktəblərdə reydlər zamanı ümumi vəziyyət, məktəbli formasına keçidin vəziyyəti, müəllim hazırlığı, şagirdlərin davamiyyəti, məktəbli kitabçasından istifadə, kabinetlərinin tərtibatı və digər bu kimi məsələlərə nəzarət olunub. Sektor müdirinin sözlərinə görə, reydlərin nəticələri dekabrın 15-dən etibarən BŞTİ-nin təşkil etdiyi Təhsil Şurasının iclasında müzakirə olunacaq.

"Reydlər zamanı rast gəlinən neqativ hallar araşdırılacaq və bunlara yol verən müəssisə rəhbərləri haqqında müvafiq tədbirlər görüləcək. Monitorinqin ilkin nəticələrinə görə, deyə bilərik ki, məktəblərdə xeyli işlər görülür, verilən tapşırıqlara, qaydalara əməl olunur. Bununla belə müəyyən çatışmazlıqlar da var. Formada, "məktəbli kitabçası"nın yazılmasında, müəllimlərin dərsə hazırlığında, kabinetlərin tərtibatında çatışmazlıqlar aşkarlanıb. Çalışacağıq ki, bütün bu kimi problemləri də aradan qaldıraq. Belə reydləri gələcəkdə də davam etdirəcəyik. Bir məktəbə 2-ci, 3-cü dəfə də gedib baxa bilərik. Bu reyd yox, ictimai xarakter daşıyır və nöqsanlaların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır. Ola bilsin, bir məktəbə 5 dəfə gedilsin, elə məktəb də ola bilər ki, ora 1 dəfə getmək kifayət edər", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə