Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) və Avropa İttifaqının maliyyəsi əsasında fəaliyyət göstərən, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) dövlət qulluğu sahəsində ixtisaslaşmış təşkilatı olan SİGMA-nın təşkilatçılğı ilə "Dövlət qulluğunda insan resurslarının idarəedilməsi sahəsində qanunçuluq və məcburilik" mövzusunda seminar keçirilib. Bu barədə SİA-ya komissiyanın mətbuat xidmətindən məlumat daxil olub.Seminarda Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının dövlət qulluğu, kadrlar və insan resurslarının idarəedilməsi sahəsinə məsul olan struktur bölmələrin rəhbərləri və əməkdaşları iştirak ediblər.
Seminarı giriş sözü ilə açan SİGMA-nın baş inzibatçısı Volfanq Ruş təmsil etdiyi təşkilatın yaradılması məqsədlərindən və gördüyü işlərdən danışaraq SİGMA ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşlığını yüksək qiymətləndirmiş və birgə həyata keçirdikləri layihələr barədə məlumat verib.
Sonra Almaniyadan olan ekspert Bernard Burkholts "Kadr əmrlərinin qanuniliyi və məcburiliyi", Fransadan olan ekspertlər Aderito Sançes "İnkişaf və motivasiya – dövlət qulluğunda mühüm kadrların idarəedilməsi vasitələri" və professor Cerard Marco "Dövlət qulluğu ilə bağlı mövcud qanunvericiliyin Avropa perspektivindən qiymətləndirilməsi" mövzularında təqdimatla çıxış ediblər.
Təqdimatların sonunda mövzu ətrafında müzakirə keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB