Uruqvay və Azərbaycan XİN-ləri arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
Azərbaycan Respublikasının Meksikadakı səfiri İlqar Muxtarov Uruqvay Şərq Respublikasında işgüzar səfərdə olub. Səfirlikdən SİA-ya verilən xəbərə görə, səfər çərçivəsində səfir İ.Muxtarov Uruqvay Xarici İşlər Nazirliyinin Baş Katibi Nelson Yemil Ghaben və Uruqvay Diplomatik Akademiyasının Direktoru Alvaro Moerzinger ilə görüşlər keçirib. Baş Katib N.Yemil ilə görüş zamanı İ.Muxtarov Azərbaycan Respublikası Xarici İşlər Naziri Elmar Məmmədyarovun Uruqvay Xarici İşlər Naziri Luis Leonardo Almagro Lemesə ünvanladığı məktubu təqdim edib.
Tərəflər iki ölkənin Xarici İşlər Nazirlikləri arasında əməkdaşlıq haqqında imzalayıb. Saziş çərçivəsində 2011-ci ildə ildə Bakıda ilk XİN-lərarası məsləhətləşmələrin keçirilməsi haqda razılıq ifadə ediblər.
Səfir İ.Muxtarov, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzündən söz açaraq, münaqişənin tarixi və davam edən danışıqlar prosesi barədə xəritə əsasında Uruqvay Xarici İşlər Nazirliyinin Baş Katibi N.Yemenə məlumat verib. Baş Katib N.Yemen qeyd edib ki, Uruqvay daim beynəlxalq hüququn tələblərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə riayət olunmasına tərəfdar çıxıb. N.Yemen buna misal kimi, Kosovonun müstəqilliyinin Uruqvay tərəfindən tanınmadığını qeyd edib.
Görüş zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə dair, həmçinin beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda İ.Muxtarovun Uruqvay Diplomatik Akademiyasının Direktoru Alvaro Moerzinger ilə görüşü zamanı iki ölkənin Diplomatik Akademiyalarının professorları üçün müvafiq təcrübə mübadiləsi, həmçinin gənc diplomatlar üçün qarşlıqlı şəkildə təlim-tədris kursları və təhsil almaq məsələlərində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB