“NASA Ayda hərbi baza qurdu” iddiası

“NASA Ayda hərbi baza qurdu” iddiası

İnternet axtarış sistemi "Google"nin Ayın kosmosdan çəkilmiş fotoşəkillərindən ibarət xəritəsini təqdim edən və Yer planetinin peyki Aya həyata keçirilən kosmik səfərlər barədə məlumat verən bölməsi "Google Moon"da maraqlı bir görüntü müəyyən edilib. SİA-nın məlumatına göpə, görüntülərdəki hərbi binalara oxşar obyektlər birmənalı olmayan iddialar ortaya çıxarıb.

 

Ekspertlərin bir hissəsi bu sahənin Amerika Kosmik Agentliyi (NASA) tərəfindən gizli bir hərbi baza olaraq istifadə edildiyini iddia edib. İngiltərənin "Sun" qəzetinin nümayiş etdiyi görüntülər internetdə müzakirələrə səbəb olsa da, NASA mövzu ilə bağlı açıqlama verməyib. Görüntüşlər üçün irəli sürülən başqa bir iddia isə Ayın dünyadan görünməyən qaranlıq sahəsindən dünyadan kənar varlıqların hərbi hissə olaraq istifadə etməsi ilə bağlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə