Deputatımız tütünlə əlaqədar Türkiyəli həmkarları ilə fikir mübadiləsi aparacaq
Milli Məclisin deputatı Musa Quliyev Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə Türkiyənin Ankara və İstanbul şəhərlərində səfərdə olacaq. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, əfər zamanı millət vəkili türkiyəli həmkarları ilə bir sıra görüşlər keçirəcək, Ümumdünya Səhiyyə Təşkilatının Tütünə Nəzarət Konvensiyasından irəli gələn məsələlər, Türkiyənin tütünlə mübarizə sahəsində təcrübəsi və ölkəmizdə bu istiqamətdə görülən işlər barədə fikir mübadiləsi aparacaq.
Qeyd edək ki, səfər dekabrın 11-dək davam edəcək.
Qeyd edək ki, səfər dekabrın 11-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB