"Moody İnternational" MMC-nin mütəxəssisləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus Kulevi Qara Dəniz Terminalında audit aparıb. Qurumudan SİA-ya verilən xəbərə görə, ISO və OHSAS standartları (peşə təhlükəsizliyi və sağlamlığın idarə edilməsi sistemləri) üzrə yoxlama aparan mütəxəssislər Terminalın fəaliyyətində bu sahədə heç bir uyğunsuzluq aşkar etməyiblər. Verilən rəyə əsasən, şirkətdə həyata keçirilən bütün proseslər "Plan – Yerinə yetirilmə - Yoxlama – İcra" yanaşmasına tam uyğundur. Bununla da, Kulevi Qara Dəniz Terminalının əməkdaşları üçün təhlükəsiz və sağlam iş şəraitinin yaradılması, ətraf mühitin çirklənməsinin qarşısının alınması, istehlakçıların maraqlarının maksimum təmin edilməsi istiqamətində atılan addımlar nüfuzlu xarici auditorlar tərəfindən yüksək qiymətləndirilib.
Qeyd edək ki, ARDNŞ tərəfindən tətbiq edilən təhlükəsizlik təminatı və risklərin qiymətləndirilməsi sistemi Terminalın fəaliyyətinə dair bütün potensial təhlükələrin müəyyən olunması və nəzarətdə saxlanılması üçün əlverişli imkanlar yaradır. Bundan başqa, peşəkar və yüksək ixtisaslı kadrların cəlb edilməsi üçün Terminalda personalın işə qəbulu, inkişafı və dəyərləndirilməsini təmin edən səmərəli sistem yaradılıb. Beləki işçilərin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə onlar üçün sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə mütəmadi treninqlər keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB