Onun terrora çağırışı və hədələyici bəyanatları bunu deməyə əsas verir
Məlum faktdır ki, dağıdıcı xislətli müxalif partiya sədrlərinin əksəriyyəti bu və ya digər formada xarici anti-Azərbycan qüvvələrə bağlıdırlar. Onlardan maliyyə vəsaiti alır və qarşılığında pozucu əməllərə cəhdlər göstərirlər. Bunu sübut edən kifayət qədər misallar göstərmək olar. Sadəcə, Müsavat fəalı Əfqan Muxtarlının və AXCP-nin sədr müavini Gözəl Bayramovanın Gürcüstandan külli miqdarda maliyyə vəsaitini qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirməyə cəhd edən zaman sərhəd-keçid məntəqəsində saxalanılmaları bütün şübhəli məqamalara aydınlıq gətirmiş olar. Artıq məhkəmə sözügedən şəxslərin xarici fondlardan alınan maliyyə vəsitinin Azərbaycanın dağıdıcı müxalifətinə çatdırılmalı olduqlarını sübut edib. Bu cür real faktlarla yanaşı, daha bir subuta yetirilən fakt "REAL" partiyasının sədri İlqar Məmmədovun xarici maraqlı dairələrə bağlı olmasıdır. Məsələ bursındadır ki, İ.Məmmədov xarici dairələrlə iş birliyində olduğunu gizlətmir. Baxmayaraq ki, qanunvericiliyin tələblərinə görə, siyasi partiyaların xarici ölkə vətəndaşları və ya təşkilatları, fondları ilə münasibətləri fonunda, tapşırıqlar almaq, maliyyə yardımları istəmək qadağandır. Bu cür hallara yol verənlər cinayət məsuliyyəti daşıyırlar. Ancaq İ.Məmmədov hələ həbs edilməmişdən əvvəl xarici ağaları qarşısında üzərinə çox ciddi öhdəliklər götürdüyündən, şüursuz şəkildə qanunlara qarşı çıxır. Təbii ki, bu cür hallar davamlı xarakter daşıyarsa, ona qarşı tədbirlər görüləcəyi şübhəsizdir. Millət vəkili Aydın Mirzəzadə də bizimlə söhbətində bildirdi ki, "REAL" partiyasının sədri İ.Məmmədovun çağırışları və fəaliyyəti qanuna zidd olarsa, onda buna görə, o, yenidən cavab verməli olacaq: "Azərbaycan demokratik ölkə olduğuna görə, o, istənilən mövqedən çıxış edə bilər. Onun xarici dairələrlə münasibətləri və yaxud kimin siyasi tapşırığını yerinə yetirməsini isə zaman göstərəcək".
Araz Əlizadə: "Vaxtilə o da hamı kimi normal insan idi"
Həbsdən hümanizm göstərilərək azad edilməsini lazımınca qiymətləndirməyib, "dədəm mənə kor deyib, gəlib-gedəni vur deyib" məsəlinə əsaslanaraq, siyasət yürütməsi, təbii ki, bağışlana bilməz. Yəni terrora çağrışlar səslənədimək, hədələyici bəyanatlarla çıxış etmək qanunlara meydan oxumaq deməkdir. Bu halda qanun öz sözün mütləq deməlidir. Çünki "cinayət cəzasız qalanda, yeni cinayətlər törədilə bilər" prinsipi yaddan çıxmayan aksiomadır. Yəqin ki, belə davam edərsə, İ,Məmmədov yenidən məhkəmə qarşısına çıxarılmalı olacaq. ASDP sədri Araz Əlizadə isə, bizimlə söhbətində hər vəchlə sübut etməyə çalışmışdır ki, İ.Məmmədovun ağılında problemləri olan şəxsdir: "Vaxtilə o da hamı kimi normal insan idi. Ancaq Amerika səfirliyinə işə düzələndən sonra başı xarab oldu".
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə bildirib ki, İ.Məmmədov siyasətdə uğur qazana bilməyəcək: "İ.Məmmədovun liderlik etməyə nə əqli potensialı var, nə də onun xarakterik imkanı var ki, liderlik etsin. Müəyyən bir qrupun, belə deyək ki, Amerika Səfirliyinin nəzarəti altında olan bir qrupun lideri ola bilər. Çünki o gənclərin çoxu Amerikada təhsil alıb, müəyyən bir Qərb dəyərlərini, Amerikanın dəyərlərini mənimsəmiş adamlardır. Diqqətlə fikir versək, onlar da artmır, elə bir qeyri-adi dərəcədə gücləri, potensialları da yoxdur" S.Cəlaloğlu İ.Məmmədovun ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfində təlimat və tapşırıqlar aldığını bildirib. Qeyd edib ki, İ.Məmmədovun təşkilatçı olması, lider olması ilə bağlı fikirlər mifdən başqa bir şey deyil.
AXCP-"REAL" qarşıdurması yeni mərhələdə
Bu arada diqqətçəkən məqamlardan biri də odur ki, İ.Məmmədovun təklifsiz və gözlənuilmədən meydana çıxıb müxalifət adından iddialı çıxışlar etməsi müxalifət düşərgəsində bir növ zəlzələ effekti yaradıb. AXCP sədri Əli Kərimli, Müsavatın indiki və keçmiş başqanları, eləcə də, digərləri bütün qüvvələrini səfərbər edərək, İ.Məmmədova öz yerini göstərməyə çalışırlar. Ə.Kərimlinin və A.Hacılının trollarının sosial şəbəkələr vasitəsi ilə İ.Məmmədova şəbədələr "qoşmaları", bəzən isə "toy" tutmaları, məhz amansız döyüşün başlanmasının ilkin əlamətləri hesab
oluna bilər. Düzdür, əvvllər də virtual seçkilərdə cəbhəçi-realçı üzvləri və onların saxta profilləri trolluq edərək, öz sədrlərinin digərindən üstün olduğunu müxtəlif vasitələrlə cəhdlər göstəriblər. Sosial şəbəkədə keçrilən sorğuda Ə.Kərimli İ.Məmmədova uduzacağını dərk etdiyindən, tanımadıqlara şəxslərə mesaj yazaraq, onlardan "like" diləniblər. Bütün bunlar "REAL"çıların gözündən yayınmayıb. "REAL"ın katibi Facebookda status paylaşaraq, Ə.Kərimlini və onun ətrafında olanaları təhqir edib: "Sosial şəbəkələrdəki mənasız və elmi olmayan sorğularda belə uduzmağı həzm edə bilməyənlərə isə sözüm odur ki, bu yanaşmanız təhlükəli və yanlışdır. Əks-fikir səsləndirənlər sizin üçün həmən "satqın", sosial şəbəkələrdə sizə səs verməyənlər isə, həmən "trol" olur. Dəhşətli, məmləkət üçün faciəvi düşüncə tərzidir və sizləri daha çox marginallaşdırır və dar bir qrupa çevirir".
Xatırladaq ki, İ.Məmmədov AXCP sədr Ə.Kərimli ilə yanaşı, Müsavatın keçmiş başqanı İ.Qəmbərə qarşı da daş atmağı unutmayıb. Bildirib ki, İ.Qəmbər öz şəxsi marqlarını milli maraqlardan üstün tutur. "Bir şeyi xatırladım. "Wikileaks" təzə-təzə üzə çıxanda, baxmışdım ki, görəsən, Amerika səfirliyinin məxfi sənədlərində adım hansı kontekstlərdə çəkilir. 30 dəfə adıma rast gəldim. Onun 1/3-i aiddir Qarabağ münaqişəsinə, 1/3-i regiondakı geosiyasi duruma, 1/3-i isə ölkədə demokratik dəyişikliklər mövzusuna. Başqa siyasilərin göstəricilərinə də baxdım. Məsələn, İsa Qəmbərin adını 50 dəfə çəkiblər və ondan yalnız 1, ya da 2 dəfə Qarabağ münaqişəsi kontekstində, o da ötəri. Bu adamın başı kürsü davasına elə qarışıb ki, bir nömrəli milli mövzunu tam unudub. Önəmli o deyil ki, sən diplomatlarla söhbətin haqqında hansı məlumatlar yayırsan: Onların səninlə söhbət haqqında yazdıqları daha önəmlidir. Hər halda, bu dəfə məzmuna görə Müsavat başqanını qınamıram: Adam düzünü yayıb, Qarabağ yenə qaldı kənarda".
Bir sözlə, tərəflərarası qarşıdurma əvvələrdə olub. Sadəcə, budəfəki qarşıdurma "bu hənanının o hənadan olamadığını" göstərir. Çünki İ.Məmmədov daha açıq formada Ə.Kərimliyə və A.Hacılıya, eləcə də, İ.Qəmbərə qarşı iddialar, bəzən isə təhqiramiz ifadələr sələndiri. Bu isə, müxalifətin "boss"ları tərfindən asanlıqla həzm edilə bilməz. Ona görə də, geniş şəkildə hücuma keçiblər. Deməli, qarşıda bizi yeni və daha maraqlı siyasi tamaşalar gözləyir.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB