Tarixin bu günü və ya bu günün tarixi

Tarixin bu günü və ya bu günün tarixi
- Məşhur alman sənayeçisi Fridrix Siemens anadan olub (1826)
- Multiplikasiya kinosunun yaradıcılarından biri olan Fransa rəssamı Emil Reyno anadan olub (1844)
- Xalq artisti Mərziyə Davudova anadan olub (1901)
- ABŞ Almaniya ilə dostluq müqaviləsi imzalayıb (1923)
- Xalq artisti, bəsəkar Tofiq Bakıxanov anadan olub (1930)
- Rus aktrisası Alisa Freyndlix anadan olub (1934)
- Aktyir Elxan Ağahüseynoğlu anadan olub (1942)
- Xalq artisti Tamilla Şirəliyeva anadan olub (1946)
- ABŞ və SSRİ atom silahlarının fəzaya buraxılmasının qadağan edilməsi haqqında razılaşmaya imza atıb (1966)
- Vaşinqtonda Ronald Reqan və Mixail Qorbaçov "Nüvə başlıqlı orta mənzilli raketlərin məhdudlaşdırılması" haqqında müqaviləni imzalayıblar (1987)
- Ermənistandakı zəlzələ zonasında xilasetmə işləri aparmaq üçün azərbaycanlılardan ibarət 80 nəfərlik qrup Spitak rayonuna gəlib. Xilasedici dəstə özü ilə 28 avtokran da aparıb (1988)
- Cəlilabad rayonunda tətillər başlayıb, hakimiyyət orqanları işçiləri xalqın tərəfinə keçib (1989)
- Rusiya, Ukrayna və Belorusiya rəhbərləri Belovejski Puşa deyilən yerdə SSRİ-nin dağıdıldığını elan ediblər (1991)
- Azərbaycan İslam Konfransı Təşkilatına (İKT) üzv olub (1991)
- Milli ordunun ilk taboru Şəhidlər Xiyabanında Hərbi andı qəbul edib (1991)

Bütün xəbərlər Facebook səhifəmizdə