İranın ali nüvə müzakirəçisi və digər dünya dövlətlərinin yüksək sıviyyəli diplomatları dünən Cenevrədə Tehranın mübahisəli nüvə proqramına dair danışıqları bərpa edib. SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, danışıqların ikinci günü də gözləntilər yüksək olmayıb. Ekspertlər deyir ki, ən böyük ümid son görüşün yeni görüşlər üçün zəmin yaratması şansı olub.
Danışıqların birinci günü dünən heç bir irəliləyiş əldə olunmadan sona çatmışdı. Bu, müzakirəçilərin son bir ildə nüvə proqramına dair ilk görüşüdür. İranın nüvə müzakirəçisi Səid Cəlili Avropa Birliyinin nümayəndəsi Katerin Aştonla yanaşı, ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniyadan olan diplomatlarla görüşlər keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB