“Rusiya Ermənistana qarşı müəyyən sanksiyalar həyata keçirə bilər” ŞƏRH-ÖZƏL

“Rusiya Ermənistana qarşı müəyyən sanksiyalar həyata keçirə bilər” ŞƏRH-ÖZƏL

“Ermənistan Rusiyanın əsəbləri ilə oynayır. Bu addımlar Ermənistanın başına ağır bəlalar gətirəcək”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Rüstəm Məmmədov deyib.

Sentyabrın 8-də Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüşün uğursuz olduğunu deyən politoloq söyləyib ki, görüşdən sonra Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər arxasında məhz Rusiyaya təsir etmək dayanır:

“Ermənistan Azərbaycan Rusiya münasibətlərinin inkişafından narahat olmağa başlayıb. Xüsusilə də Prezident İlham Əliyevin Soçiyə səfərindən sonra iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyması düşmən ölkəni möhkəm qıcıqlandırıb. İndi Paşinyanda Rusiyada acığını çıxmaq üçün sərsəm fikirlər söyləmək qərarına gəlib”.

R. Məmmədovun sözlərinə görə, Ermənistan-Rusiya arasında hazırkı münasibətlər uzun müddət davam edə bilməz: “Rusiya mütləq şəkildə Ermənistana qarşı ciddi addımlar atacaq”.

Sentyabr ayının sonunda Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri gələcəyini xatırladan politoloq qeyd edib ki, hazırkı vəziyyətdə Rusiyanın Ermənistana qarşı müəyyən sanksiyalar həyata keçirəcəyini gözləmək mümkündür: “Bundan sonra Rusiya-Ermənistan arasında münasibətlər çətin ki, düzələr. Çünki Paşinyanın Qərb yönümlü olduğu üçün Rusiyadan uzaqlaşmaq istəyi qonşu ölkənin xoşuna gəlmir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə