Hacı Valeh: “Aşura insanlığın dirçəlməsidir" ÖZƏL-AÇIQLAMA

Hacı Valeh: “Aşura insanlığın dirçəlməsidir" ÖZƏL-AÇIQLAMA

“Aşura insanlığın dirçəlməsi və insanlığın qeyri-insanlığa qəlbəsidir. Eləcə də təfəkkürün, cahiliyyətin üzərində hakimiyyətidir”. Qafqaz Müsəlmanları İdarəsinin fətva və moizələr şöbəsinin əməkdaşı, şəriət alimi Hacı Valeh Nəsirov

Onun sözlərinə görə, qanvermə aksiyalarının keçirilməsi zamanı bir insan qan verərək birini dirildir: “Qurani-Kərimdə də deyilir ki, biri bir nəfəri diriltsə, elə bil bütün dünya aləmi dirildib. Ona görə də bu qanvermə aksiyasında bir insan əgər Kərbəlada, İmam Hüseyn (ə) Aşurasında ola bilmirsə burada bir müsəlmana, xəstəyə, ehtiyacı olana qan verməklə onun diriltməyində insanlığı diriltmiş olur”.

Şəriət alimi bildirir ki, ümumiyyətlə qanvermə zamanı insanların öz bədənlərinə xələl yetirməsini bütün alimlər qadağan bilirlər: “Bir insanın ki, bədəni var əslində o bədən onun deyil. O Allahındır. Allahın mülkündə onun icazəsi olmadan bədənə xələl yetirmək o mülkə təcavüz etməkdir. Təbii ki, ağıl da bunu qəbul etmir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə