Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək
Dekabrın 9-da Moskvada Rusiya xarici işlər naziri S.Lavrovun sədrliyi ilə MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcəkdir. SİA-nın xəbərinə görə, RF XİN İnformasiya və Mətbuat departamentinin verdiyi məlumatda bildirilir ki, 2010-cu ildə Rusiyanın MDB-də sədrliyinin başa çatması ilə əlaqədar beynəlxalq gündəliyin qarşılıqlı maraq doğuran mövzuları, Birlik məkanında çoxtərəfli qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin aktual məsələləri müəyyən ediləcəkdir.
Hüquq-mühafizə, sərhəd təhlükəsizliyinin təmin edilməsi və hərbi siyasət sahəsində, eləcə də humanitar istiqamətdə kollektiv qarşılıqlı fəaliyyətin inkişafına əlavə təkan verməli olan sənədlərin layihələrini nəzərdən keçirmək planlaşdırılır.
Nazirlər müxtəlif sahələrdə ortamüddətli və uzunmüddətli xarakter daşıyan bir sıra proqram sənədlərini müzakirə edəcəklər. Sonradan həmin sənədləri dövlət başçılarının təsdiqinə təqdim etmək nəzərdə tutulur.
Bəzi təşkilati məsələlərə, o cümlədən Dövlət Başçıları Şurasının növbəti iclasının keçirilməsi ilə əlaqədar məsələlərə də baxılacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB