Deputatlarımız AŞPA-nın komitə iclaslarına qatılacaq

Deputatlarımız AŞPA-nın komitə iclaslarına qatılacaq
Milli Məclisin deputatı Çingiz Qənizadə Avropa Şurası Parlament Assambleyasının Hüquqi işlər və insan haqları komitəsinin, millət vəkili Sabir Hacıyev qurumun Siyasi işlər və demokratiya komitəsinin iclaslarında iştirak etmək üçün sentyabrın Fransanın paytaxtı Parisə səfər edəcəklər. Bu barədə SİA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Hüquqi işlər və insan haqları komitəsinin toplantısında Avropa Şurası və ona üzv dövlətlərin BMT-nin müvafiq qurumları ilə əməkdaşlığı, terrorizmə qarşı mübarizə, dini azadlıqların qorunması və digər məsələlər ətrafında müzakirələr keçiriləcək. Siyasi işlər və demokratiya komitəsində AŞPA-nın missiyası və rolu, Avropada islam dini: radikallaşma və islamofobiya, Avropa Bankının inkişaf və yenidənqurma istiqamətində fəaliyyəti və sair mövzularda fikir mübadiləsi aparılacaq. Deputatlarımız tədbirlərdə müzakirə olunacaq məsələlər barədə öz fikirlərini açıqlayacaqlar. Səfər sentyabrın 12-də başa çatacaq.
Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə