Emin Həsənli: “Azərbaycanın uğurlu xarici siyasəti var" ÖZƏL-MÜNASİBƏT
“Bu gün Azərbaycan balanslı siyasət aparır. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev bu siyasətin əsasını qoydu. Məsələlərə geniş şəkildə yanaşsaq, Prezident İlham Əliyevin Fransaya, İngiltərəyə, Türkiyəyə səfəri, ardınca İtaliya prezidentinin, Almaniya kansleri Angela Merkelin Azərbaycana gəlməsi, Prezidentimizin Rusiyaya, Qırğızıstana və Xorvatiyaya səfərləri uğurlu xarici siyasətimizdən xəbər verir”. Bunu SİA-ya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi ekspert Emin Həsənli deyib.
Onun sözlərinə görə, bu bir neçə ayda Azərbaycana çox yüksək dövlət rəhbərləri gəlib: “Təbii ki, Azərbaycan Prezidenti bir çox əhəmiyyətli dövlətlərdə istər Avropa dövlətləri olsun, qonşu Rusiya dövləti olsun, istərsə də Qırğızıstanda görüşlər olsun mühüm tədbirlərdə iştirak edib. Xəzəryanı dövlətlərin sammitinin keçirilməsi belə Azərbaycanın nə qədər cəlbedici bir ölkə olduğunu, etibarlı tərəfdaş olduğunu göstərdi. Azərbaycan həm enerji resurlarının təminatı baxımından, həm nəqliyyat qovşaqlarının ölkəmizin ərazisindən keçməsi baxımından, həm də müstəqil siyasət aparması baxımından dünya üçün bir örnəkdir. Bizim Hərbi Paradımızda İranın, Rusiyanın, Türkiyənin, ABŞ-ın, Avropa ölkələrinin və s. hərbiçiləri iştirak edirdi. Bütün bunları Azərbaycan özünün dövlət və milli maraqlarına uyğun olaraq aparır. Bu gün Azərbaycanın güclü ordusu və iqtisadiyyatı var. Ən əsası da ölkəmizdə vətəndaş həmrəyliyi var. Bütün dünyada dost və düşmən də bilir ki, Azərbaycan qısa bir zamanda öz torpaqlarını işğaldan azad edəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB