Beynəlxalq ekspert: “Xorvatiya Azərbaycanı dəstəkləyən ölkələrdəndir" ÖZƏL-ŞƏRH
"Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasəti Azərbaycanın milli maraqlarından irəli gələn bir xarici siyasət adlandırardım”. Bunu SİA-ya açıqlamasında beynəlxalq ekspert Tamerlan Vahabov deyib.
“İkinci digər məsələ praqmatizmdir. Yəni Azərbaycanın müttəfiqləri, strateji tərəfdarları hamısı Azərbaycanın milli maraqlarından və praqmatik hesablamalarına uyğun gəlir. Almaniya kansleri Angela Merkelin Azərbaycana səfəri, Prezident İlham Əliyevin Rusiya, Qırğızıstan və Xorvatiyaya səfərləri və əldə olunmuş nəticələr Azərbaycanın xarici siyasətinin dinamikliyini, onun yüksək beynəlxalq nüfuza malik ölkə olduğunu, dünyada Azərbaycana hörmətlə yanaşıldığını, rəyi ilə hesablaşıldığını əyani şəkildə təsdiq edir. Təbii ki, bütün bunların arxasında praqmatizm və hesablanmış milli maraqların qorunmasına dairə strategiya dayanır”, - deyə, T.Vahabov bildirib.
Azərbaycan-Xorvatiya münasibətlərinə də toxunan beynəlxalq ekspert bildirib ki, Xorvatiya Azərbaycanın strateji müttəfiqlərindən biridir: “Çünki, Azərbaycan Xorvatiyanın enerji təhlükəsizliyində də böyük rol oynayır. Eyni zamanda Xorvatiya Azərbaycanı beynəlxalq səviyyədə də dəstəkləyən ölkələrdəndir. Bundan əlavə iki ölkə arasında qeyri-neft sektorunda da əlaqələr kifayət qədər yüksəkdir. Hər iki ölkənin turizm sənayesi sahəsində hərəkət edəcəyi kifayət qədər cazibəli məhsullar vardır. Bu birinci məsələdir. İkinci məsələ təbii ki, hər iki ölkə arasında ticarət dövriyyəsi və digər bu kimi məsələlər təşkil olunmalıdır, genişlənməlidir. Mövcud hüquqi baza buna təkan verir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB