Fazil Mustafa: “ATƏT çərçivəsində Dağlıq Qarabağ probleminin həllində hər hansı bir yenilik gözlənilmir” - MÖVQE

Fazil Mustafa: “ATƏT çərçivəsində Dağlıq Qarabağ probleminin həllində hər hansı bir yenilik gözlənilmir” - MÖVQE
"Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Ermənistana qarşı atacağı addımlar daxili səfərbərlik addımları olmalıdır. Çünki Azərbaycanın Dağlıq Qarabağ məsələsinin həlli imkanları xaricdən tükənib. Heç bir beynəlxalq təşkilat bizim istədiyimiz qərarı verməyəcək". Bu sözləri SİA-ya millət vəkili Fazil Mustafa açıqlamasında deyib.

Ölkə daxilində siyasi qüvvələr arasında birlik taparaq, cəmiyyətdə səfərbərlik ab-havasının qaldırılmasının vacibliyini vurğulayan millət vəkili daxili səfərbəliyə üstünlük verməyin tərəfdarı olduğunu və başqa yolun olmadığını qeyd edib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllində bütün beynəlxalq hüquq normalarını pozmasına baxamayaraq düşmən ölkənin arxasında duran qüvvələrin əsas məqsədi Ermənistandan istifadə etməkdir: "Ermənistanın arxasında dayanan güclər ondan istifadə etnəyi düşündüklərinə görə Azərbaycanın dirçəlməsində maraqlı deyillər. Bu arealda Azərbaycan kimi böyük bir dövlətin mövcud olmasına müsbət yanaşmırlar. Ermənistan onlar üçün göydən düşmə bir tikədir. Hətta bölgədə anlayırlar ki, bir cüzi bir türk gücünün ortaya çıxması beynəlxalq güclərin marağına uyğun deyil".

"ATƏT Minsk Qrupunun fəaliyyətində dəyişikliyə ehityac varmı" sulını da cavablandıran F.Mustafa ATƏT-in bu istiqamətdəki fəaliyyətindəki dəyişikliyə ehitiyac olmadığını bildirib: "Çünki onun özünün mövcudluğu Azərbaycan cəmiyyəti üçün yeni bir gözlənti vermir. Silahlı qüvvəsi olmayan hər hanısı bir qurumun fəaliyyətində dəyişiklik etsən belə güclü, xüsusilədə Rusiya kimi dövlətə təsir etmək gücünə malik olmayacaq. Həmişə güzəştə gedəcək. Məncə ATƏT-in yerinə NATO sisteminin inkişaf etdirilməsi vacibdir. O hərbi, həmçinin də siyasi gücü birləşdirən bir təşkilatdır. O olmasa ATƏT-in yernə hansısa bir təkmilləşmiş qurum da çıxarsaq yenilik ortaya qoya bilməz. Düzdür, Dağlıq Qarabağ məsələsi ATƏT-in gündəminə tez-tez gələcək. Biz də ATƏT-in Parlament Assambleyasında təmsil olunan millət vəkilləri kimi bu məsələni güdəmə gətirirİk. Amma bu məsələnin həlli deyil. Boş -boş müzakirələrdir. Ona görə də ATƏT çərçivəsində Dağlıq Qarabağ probleminin həllində hər hansı bir yenilik gözlənilmir".

Bütün xəbərlər Facebook səhifəmizdə